Nərmin Hüseynova şirkətin kiçik hüquqşünasıdır. BONAFIDE şirkətinə qoşulmazdan əvvəl Nərmin EY Azərbaycan şirkətində təcrübəçi olmuşdur və daha sonra özəl hüquq şirkətində çalışmışdır.
Nərmin müqavilə, korporativ və kommersiya hüququ üzrə ixtisaslaşmışdır. O, müxtəlif növ hüquqi sənədlərin, o cümlədən kommersiya müqavilələrinin, hüquqi memorandumların, daxili korporativ sənədlərin və s. layihələrin hazırlanması və nəzərdən keçirilməsində təcrübəsi vardır.
Nərmin Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr təhsili almış və universiteti fərqlənmə ilə bitirmişdir.