HAQQIMIZDA
BONAFIDE Hüquq Şirkəti 2018-ci ildə təsis edilmişdir və qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq iqtisadiyyatın bir çox sahələrində mürəkkəb hüquqi məsələlərin həll olunması təcrübəsinə malikdir. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət olan komandamız hər bir müştəri üçün fərdiləşdirilmiş xidmət göstərməkdən qürur duyur.
Bizim müştərilərimizin sırasında yerli və xarici kommersiya şirkətləri, o cümlədən aviasiya, yükdaşıma, telekommunikasiya, bank, tikinti, enerji və təbii ehtiyatlar, kənd təsərrüfatı və digər sahələrdə çalışan təşkilatlar vardır. Həmçinin BONAFIDE Hüquq Şirkəti tərəfindən müntəzəm olaraq dövlət qurumları, publik hüquqi şəxslər və xarici QHT-lər tərəfindən həyata keçirilən ölkə əhəmiyyətli bir sıra layihələr üzrə də yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi həyata keçirilir.
Bizim etibar üzərində qurulmuş və xidmətimizin keyfiyyəti sayəsində möhkəmlənmiş uzunmüddətli müştəri münasibətləri mədəniyyətimiz mövcuddur.
XİDMƏTLƏRİMİZ
Məhkəmələrdə təmsilçilik
Biz müştərilərimizi Azərbaycanın bütün məhkəmə instansiyalarında təmsil edirik
Müqavilə hüququ
Şirkətimiz bütün növ müqavilələrin hazırlanması, nəzərdən keçirilməsi və danışıqların aparılması sahəsində təcrübəyə malikdir.
Korporativ hüquq
Biz korporativ hüquq sahəsində müştərilərimizə hərtərəfli və praktiki məsləhətlər veririk
Əmək və miqrasiya hüququ
Biz müştərilərimizə əmək və miqrasiya hüququnun tətbiqi məsələləri üzrə məsləhət verərək ən effektiv və təhlükəsiz həll yollarını təklif edirik
Vergi hüququ
Şirkətimiz müştərilərin fəaliyyətinin vergi aspektləri üzrə məsləhətlər verir və vergi orqanları ilə mübahisələr zamanı onlara hüquqi dəstək göstərir
Cinayət hüququ
Biz cinayətlərin istintaqı zamanı hüquqi yardım göstərir və hüquqi şəxslərin cinayət məsuliyyəti ilə əlaqədar məsələlər üzrə məsləhətlər veririk