Mehman Rzayev şirkətin böyük hüquqşünasıdır. BONAFİDE-yə qoşulmazdan əvvəl Mehman özəl şirkətdə hüquqşünas vəzifəsində işləmişdir.
Mehman əmək, inzibati, müqavilə, korporativ və kommersiya hüququ üzrə ixtisaslaşmışdır. O, müxtəlif növ korporativ sənədlərin, kommersiya müqavilələri, ərizələr və digər hüquqi sənədlərin tərtib edilməsi və yoxlanılmasında kifayət qədər təcrübəlidir.
Mehman Vəkillər Kollegiyasının üzvüdür və müştəriləri məhkəmə proseslərində, o cümlədən Ali Məhkəmə və Konstitusiya Məhkəməsində təmsil etmək hüququna malikdir.
Mehman bakalavr təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində almışdır.