XİDMƏTLƏRİMİZ

XİDMƏTLƏRİMİZ

Məhkəmələrdə təmsilçilik

  • Azərbaycanın bütün məhkəmə instansiyalarında hüquqi yardım və müştərilərin təmsil olunması
  • Məhkəmələrə göndərilən iddia və etirazların, ifadələrin, apellyasiya şikayətlərinin, kassasiya şikayətlərinin və digər sənədlərin hazırlanması
  • İqtisadi, mülki, inzibati, cinayət işlərində, habelə Konstitusiya Məhkəməsinin icraatında müştərilərin təmsil olunması
  • Məhkəmə qərarlarının icrası üzrə icraatda hüquqi yardımın göstərilməsi


Müqavilə hüququ

  • Müxtəlif növ müqavilələrin tərtib edilməsi 
  • Müqavilələrin yoxlanması, potensial hüquqi risklərin aşkar edilməsi və aradan qaldırılması
  • Müqavilələrin etibarsızlığı, xitamı, eləcə də müqavilə öhdəliklərinin pozulması ilə əlaqadar məsələlər üzrə hüquqi məsləhət verilməsi
  • Müqavilə ilə əlaqədar danışıqlar aparılmasına yardım göstərilməsi 


Korporativ hüquq

  • Korporativ idarəetmə ilə bağlı hüquqi məsləhətlərin verilməsi
  • Korporativ sənədlərin, o cümlədən nizamnamə, təsis müqavilələri, təsisçilərin (iştirakçıların, səhmdarların) qərarları və s. tərtib edilməsi
  • Hüquqi şəxslərin dövlət qeydiyyatı üçün müraciət edilməsi
  • Törəmə müəssisələr və filiallarla münasibətlərin tənzimlənməsi
  • Hüquqi şəxsin yenidən təşkili, ləğvi və iflası prosedurlarının müşayiət edilməsi
  • Hüquqi araşdırma hesabatlarının hazırlanması
  • Nizamnamə kapitalının artırılması və azaldılması ilə əlaqədar hüquqi məsləhət verilməsi və yardım göstərilməsi
  • Hüquqi şəxslərin nizamnamələrinə dəyişiklik edilməsi ilə əlaqədar hüquqi məsləhət verilməsi və yardım göstərilməsi 




Əmək və miqrasiya hüququ

  • Əmək və miqrasiya hüququnun ümumi məsələləri üzrə məsləhət verilməsi
  • Əmək müqavilələrinin, vəzifə təlimatlarının, məlumatların açıqlanmaması haqqında müqavilələrin və s. tərtibi və nəzərdən keçirilməsi
  • Kadrların optimallaşdırılması və restrukturizasiyası, ixtisar prosedurları ilə əlaqədar yardım göstərilməsi
  • Fərdi və kollektiv əmək mübahisələrinin həll edilməsində işəgötürənlərə hüquqi dəstək göstərilməsi
  • Əcnəbi işçilər üçün iş və yaşayış icazələrinin alınması ilə bağlı yardım göstərilməsi


Vergi hüququ

  • Vergi qanunvericiliyi üzrə məsləhət verilməsi
  • Vergi orqanları ilə mübahisələr zamanı hüquqi dəstək göstərilməsi

Cinayət hüququ

  • Hüquqi şəxslərin cinayət məsuliyyəti ilə əlaqədar məsələlər üzrə məsləhət verilməsi
  • Cinayətlərin istintaqı zamanı hüquqi yardım göstərilməsi
  • Prokurorluğa və digər hüquq-mühafizə orqanlarına ərizələrin və şikayətlərin yazılması

Bank hüququ

  • Bank qanunvericiliyinin şərhi və tətbiqi üzrə məsləhət və hüquqi rəylərin verilməsi
  • Bankların kommersiya və investisiya fəaliyyəti ilə əlaqədar məsələlər üzrə məsləhət verilməsi
  • Nağdsız hesablaşmalarla bağlı məsələlər üzrə hüquqi məsləhət verilməsi


Əqli mülkiyyət hüququ

  • Əmtəə nişanlarının qeydiyyatı
  • Əmtəə nişanları ilə əlaqədar mübahisələrin həlli


Enerji və təbii ehtiyatlar

  • Geniş həcmli proyektlər, o cümlədən hasilatın pay bölgüsü müqavilələri, hökümətlərarası müqavilələr, birgə fəaliyyət müqavilələri, qazma müqavilələri və s. üzrə məsləhət verilməsi
  • Neft-qaz sənayesi və hasilatın pay bölgüsü müqavilələrinin tətbiqi üzrə əmək və immiqrasiya məsləhətçiliyi

Qiymətli kağızlar

  • Səhmlərin, istiqrazların, veksellərin və digər növ qiymətli kağızların buraxılışı və qeydiyyatı üzrə hüquqi dəstək göstərilməsi
  • Qiymətli kağız sahiblərinin hüquqlarının müdafiəsi ilə əlaqədar hüquqi yardım göstərilməsi

Məlumatların mühafizəsi

  • Fəaliyyətin fərdi məlumatların və konfidensial informasiyanın emalı ilə əlaqədar tənzimləmələrə uyğunluğu baxımından təhlil edilməsi
  • Məlumatların mühafizəsi siyasətlərinin hazırlanması və nəzərdən keçirilməsi
  • Fərdi məlumatların informasiya sistemlərinin qeydiyyatına yardım göstərilməsi

Aviasiya hüququ

  • Aviasiya xarakterli tənzimləmə məsələləri üzrə hüquqi məsləhət verilməsi
  • Malların və sərnişinlərin daşınması məsələləri üzrə hüquqi məsləhət verilməsi
  • Aviasiya xidmətləri ilə əlaqədar kommersiya mübahisələrində müştərilərin təmsil və müdafiə olunması


Daşınmaz əmlak

  • Mülkiyyət hüquqlarının həyata keçirilməsi üzrə məsləhət verilməsi
  • Daşınmaz əmlakın özəlləşdirilməsi və dövlət qeydiyyatına alınması məsələləri üzrə yardım göstərilməsi
  • Daşınmaz əmlakla bağlı mübahisələrin həll edilməsi
Məhkəmələrdə təmsilçilik
Müqavilə hüququ
Korporativ hüquq
Əmək və miqrasiya hüququ
Vergi hüququ
Cinayət hüququ
Bank hüququ
Əqli mülkiyyət hüququ
Enerji və təbii ehtiyatlar
Qiymətli kağızlar
Məlumatların mühafizəsi
Aviasiya hüququ
Daşınmaz əmlak