İnşaat sərgisi
15-17 oktyabr 2024-cü il tarixlərində Baku Expo Mərkəzində 29-cu Azərbaycan Beynəlxalq İnşaat Sərgisi keçirilmişdir. Həmin tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Belarus, İran, Hindistan və digər ölkələrdən olar tikinti şirkətləri istehsal etdikləri malları təqdim etmişlər. Həmin sərgidə BONAFİDE hüquq şirkətinin partnyoru Anar Məmmədov və hüquqşünası Nərmin Hüseynova iştirak edərək Şirkət tərəfindən göstərilən hüquq xidmətləri barədə ətraflı məlumat vermişlər.