Bakıda françayzinq sərgisi keçirilib!

Bakıda françayzinq sərgisi keçirilib!

Bakıda françayzinq sərgisi keçirilib!


«BONAFİDE» hüquq firmasının partnyoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Anar Məmmədov 26 sentyabr 2024-cü il tarixində Bakı şəhərində Rusiya şirkəti «FRENCH REGION» tərəfindən təşkil olunmuş françayzinq sərgisində çıxış etmişdir.

 

Sərgidə sahibkarlara öz biznes modellərini təklif edən bəzi aparıcı Rusiya şirkətləri təqdim olunmuşdur. Həmçinin sərgidə Azərbaycan təşkilatları və media nümayəndələri də iştirak etmişlər. A.Məmmədov öz təqdimatında françayzinqin hüquqi tənzimlənməsinin mühüm xüsusiyyətlərinə və bu prosesin praktiki aspektlərinə toxunmuş, françayzinq verən və françayzinq alan arasında münasibətlərdə tətbiq ediləcək hüququn seçilməsinin, yazılı müqavilə tərtib edilməsinin və digər hüquqi məsələlərin əhəmiyyətini vurğulamışdır.


Bundan əlavə, Anar Məmmədov tədbir iştirakçılarının françayzinq proseduruna dair yaranan hüquqi suallarını da cavablandırmışdır.